Yolu keçmək istəyən velosipedçini avtobus vurub. Qəza nəticəsində velosipedçi ölüb.
Sonxeber.az xəbər verir ki, yolu keçən velosipedçini yol zolağında avtobus vurub. Yolun kənarında dayanan Opel markalı avtomobilin yanında yerə düşən velosipedçi elə yerdəcə qalıb. Yolu videoyaddaşa yazan digər avtomobil sahibi isə bu görüntüləri təsadüfən çəkib.
YPX-dən verilən açıqlamada velosipedçinin paytaxt sakini, 1973-cü il təvəllüdlü Nəsibov Roman Zaman oğlu olduğu bildirilib. O, idarə etdiyi velosipedi mikroavtobusa çırpıb. Hadisə nəticəsində velosipedin sürücüsü Roman Nəsibov aldığı xəsarətdən hadisə yerində ölüb.
Qeyd edək ki,hadisə Maştağa qəsəbəsində baş verib. Verilən məlumata görə, hadisə saat 12:46 radələrində qeydə alınıb.
20 dekabr 2019-cu il tarixində saat 12:46 radələrində Maştağa qəsəbəsində General Avto Compani MMC-nin müvəqqəti istismarında olan 131 nömrəli marşrut üzrə 10-TE-275 dövlət qeydiyyat nişanlı avtobus velosipedçini vurub. Qəza ilə əlaqədar daşıyıcı Agentliyə çağırılıb. Müvafiq araşdırmadan sonra ətraflı məlumat veriləcək" –deyə Mais Ağayev qeyd edib.