AZ
Video yüklə

Bakıda tükürpədici hadisə: Namus üstündə gəlinini güllələdi

165 baxış Hadisə və olaylar
Bakının Sabunçu rayonunda qətl törədilib. APA TV-nin xəbərinə görə, insident Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini öz gəlini A.M.-nı ərinə xəyanət etdiyi üçün tüfənglə qətlə yetirib. İlkin məlumata görə, 24 yaşlı A.M.Xanağa qızı qonşuluqda olan bir oğlanla görüşürmüş. Bundan xəbər tutan qızın qayınatası tüfənglə onun başından atəş açaraq öldürüb.
Sabunçu RPİ-nin 14-cü polis bölməsinin əməkdaşları və rayon prokurorluğunun istintaqçıları hadisə yerində olub və müayinələr aparıb. Gəlinini öldürən qayınata saxlanılıb.
Fakt üzrə Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.