Bakıda xırdavat mağazasından oğurluq edən qadın kameraya düşüb. Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, noyabrın 12-də “28 May” metrostansiyasının yaxınlığında yerləşən kosmetik əşyalar satılan mağazadan baş verib. Qadın satıcının başqa müştəri ilə məşğul olmasından istifadə edərək baxmaq adı ilə götürdüyü məhsulları gizlicə digər əlində tutduğu çantaya atıb. Sonra isə ərazidən uzaqlaşıb.