Bakıda məşhur restoranda bir neçə saniyəyə qadının telefonunu belə oğurladılar
44 baxış
Hadisə və olaylar
AZXEBER.COM-a müraciət edən Vüsalə Səmədova adlı vətəndaş ötən gün "Enter Cafe" adlı restorana daxil olduğunu və kofe almaq üçün kassaya yaxınlaşdığını bildirib. Zərəçəkənin sözlərinə görə, o aldıqlarının ödənişini etmək istədiyi zaman çantasındakı mobil telefonun yoxa çıdığını görüb. Bu barədə öncə restoran əməkdaşlarına məlumat verdiyini söyləyən zərərçəkən daha sonra işçilərlə birlikdə müşahidə kameralarına baxıb. Görüntülər incələndiyi zaman hər şey daha aydın anlaşılıb. Belə ki, kassaya yaxınlaşan qadın ödənişi etmək üçün sırasını gözlədiyi zaman arxadan ona yaxınlaşan gənc oğlan əlini çantaya salaraq içərisində telefonu oğurlayıb.
Zərərçəkənin sözlərinə görə mobil telefon "İphone 7" markalı olub. Oğrunun üzü açıq-aydın kadrlardan da görünür. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilsə də, hələlik oğurluğu həyata keçirən şəxs saxlanılmayıb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.