Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib. Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, 8-ci mikrorayon ərazisində yerləşən mağazalardan birində qeydə alınan hadisə kameralara düşüb. Qadın alıcı mağazada olan şampun və kremlərə baxıb. Daha sonra isə heç kimin onu görmədiyini düşünərək götürdüklərini cibinə qoyub. Mağaza sahibi qadının şübhəli hərəkətləri diqqətini çəkib. Ancaq digər müştərilərə xidmət edən zaman xanım dükanı tərk edib.