Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma olub. APA TV xəbər verir ki, hadisə Səməd Vurğun küçəsindəki kafelərin birində kütləvi dava zamanı baş verib. Kafedə olan müştərilər arasında mübahisə yaranıb. Mübahisə zamanı 1976-ci il təvəllüdlü Alıyev Fərid Teymur oğluna bıçaq xəsarətləri yetirilib. O, tanışı, 1972-ci il təvəllüdlü Fətəliyev İlqar Qərib oğlu tərəfindən 1 saylı Xəstəxanaya yerləşdirilib. Ancaq hadisənin qeydə alındığı kafeyə qayıdan zaman onu döyüblər. Hadisənin təfərrüatları Nəsimi polisi tərəfindən araşdırılır.