Oxucularımızdan biri saytımıza videogörüntü göndərib və onu işıqlandırıb təhlükə saçan sürücüyə DYP rəsmiləri tərəfindən tədbir görülməsi üçün dəstək olmamızı xahiş edib.
Videonu göndərən sürücü bildirir ki, 21.12.2019 tarixində Şəfaət Mehdiyev küçəsi ilə hərəkət edərkən 90 NX 058 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü ara məhəllədən təhlükəli şəkildə yola çıxır. Qayda pozan sürücü üzrxahlıq etmək əvəzinə, ardıcıl olaraq sağ-sol manevrlər etməklə arxadakı sürücüyə təhlükəli anlar yaşadıb. (Faktxeber)