AZ
Video yüklə

Bakıda ər hamilə arvadını bıçaqladı: uşaq öldü

13 baxış Hadisə və olaylar
Abşeronda əri tərəfindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilən hamilə qadının vəziyyəti ağırdır. Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Kliniki Tibbi Mərkəzə aparılan qadın əməliyyat olunub: “Həkimlər təcili olaraq qadını cərrahi əməliyyata alıb. O, 9 aylıq hamilə olub. Bətnindəki uşaq bıçaq xəsarətlərindən ölüb. Qadının vəziyyəti ağırdır. Reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır”. 01:30 Abşeron rayonunda ər hamilə həyat yoldaşını bıçaqlayıb. Oxu.Az xəbər verir ki, hadisə Abşeron rayonunun Fatmayi qəsəbəsində baş verib. 19 yaşlı Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Qadın dərhal cərrahi əməliyyat edilib. Bıçaq zərbələri qadının qarın nahiyəsinə dəydiyindən ananın bətnindəki uşaq tələf olub. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəmnində baş verib. Hadisənin təfərrüatı aparılan araşdırmalardan sonra məlum olacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.