AZ
Video yüklə

Bakıda baş verən hadisəyə DİN qarışdı

105 baxış Hadisə və olaylar
Sosial şəbəkələrdə Sabunçu rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etdiyi iddia olunan şəxsin mağaza sahibi tərəfindən zəncirlənməsi ilə bağlı görüntülər yayılıb.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyi məlum görüntülərlə bağlı araşdırma aparıb.

Vətəndaşın başını zəncirlə bağlayıb onu videoya çəkən və təhqir edən sahibkar müvafiq polis orqanına dəvət olunub.

"Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir”, deyə DİN mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.