Bakının Binəqədi rayonunda qadını avtomobil vurub. APA TV-nin məlumatına görə, avtoqəza Binəqədi qəsəbəsində qeydə alınıb. Bildirilir ki, paytaxt sakini, 1973-cü il təvəllüdlü Kazımova Səbinə Qəşəm qızı həmin ərazidə yolu keçmək istəyən zaman minik avtomobilinin zərbəsilə üzləşib. Xəsarət almış 44 yaşlı qadın 1 saylı Xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırlıqdadır. Yol qəzasının təfərrüatları ilə bağlı Binəqədi polisi araşdırmalara başlayıb.