AZ
Video yüklə

Azərbaycanlı tələbə vəhşicəsinə döyüldü

5 116 baxış Hadisə və olaylar
Rusiyanın Perm şəhərində azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Bu barədə APA-nın Rusiya bürosuna Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev məlumat verib.

Diaspor sədri noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlunun naməlum şəxslər tərəfindən vəhşicəsinə döyüldüyünü bildirib. O, zərərçəkənin hazırda reanimasiyaya yerləşdirildiyini, vəziyyətinin isə çox ağır olduğunu söyləyib.

Sədr diasporanın daxili imkanları hesabına azərbaycanlı tələbəyə yardım göstərməyə çalışdıqlarını da bildirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.