Astarada ağır yol qəzası baş verib. Avtomobilin dərəyə aşması nəticəsində 5 nəfər xəsarət alıb. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Deqədi-Pəlikeş avtomobil yolunun rayonun Kijəbə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, avtoqəza 1969-cu il təvəllüdlü Şəmsəddin Qasımovun "UAZ" markalı avtomobilin sükanı arxasında olarkən qəfildən ürəktutması keçirməsi zamanı baş verib və idarəetmədən çıxan avtomobil dərəyə aşıb. Nəticədə avtomobildə olan 9 nəfərdən beşi - sürücü Ş.Qasımov, onun sərnişinləri - 1995-ci il təvəllüdlü İlahəddin Qasımov, 1985-ci il təvəllüdlü Bəhruz Hüseynov, 1985-ci il təvəllüdlü Salam Qasımov və 1986-cı il təvəllüdlü Ramin Qasımov xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan iki nəfərin - sürücü Ş.Qasımovun və sərnişin S.Qasımovun vəziyəti ağır olaraq qalır. Qeyd edək ki, avtomobildə olan şəxslər toy şənliyinə gedirmiş. Faktla bağlı araşdırma aparılır.