Abşeron rayonu, Fatmayı kəndində aptekdən oğurluq olub. Oxu.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə, videoda bir nəfərin alıcı kimi aptekə daxil olduğu görünür. Əlində olan xırda pulları verərək əczaçıdan 100 manat verməsini xahiş edir. Daha sonra söhbət edərək əczaçının diqqətini yayındıran şəxs xırdaları qaytarmır. 100 manatı da götürən dələduz ərazidən dərhal uzaqlaşır.