Gecə saatlarında paytaxtda qətl törədilib. APA TV xəbər verir ki, hadisə Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Məlumata görə, Naxçıvan sakini, 21 yaşlı Xəyal Məmmədov ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılsa da, artıq gec imiş. Ürəyinə saplanmış bıçaq Xəyalın ölümünə səbəb olub. Məlumat sonradan rayon hüquq-mühafizə orqanlarına da çatdırılıb. Müəyyən edilib ki, universitet tələbəsi olan Xəyal mübahisə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb. Qatilin kimliyi barədə isə hələlik bir məlumat verilmir. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda istintaq araşdırmaları aparılır.