Bakıda sürücü qəza şəraiti yaratdı. Hadisə bu gün Qara Qarayev metrosunun düz yanında, saat 13:45 radələrində baş verib.
Belə ki, "Prius" markalı avtomobil yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsində ilişərək qalıb. Bəllidir ki, sürücünün piyadalar üçün nəzərdə tutulan istiqamətə keçməsi və bununla da qəza vəziyyəti yaratması ciddi qanun pozuntusudur. Amma onun bunu hansı səbəbdən etməsi də bəlli deyil.