Gəncədə iki piyadanı maşın vurdu, biri öldü

  • 30.11.2017
  • 0

Gəncədə iki piyadanı avtomobil vurub. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Yolu keçmək istəyən iki piyada hərəkətdə olan "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Qəza zamanı piyadalardan biri, 1994-cü il təvəllüdlü Nəcəfov Siyavuş Akif oğlu hadisə yerində ölüb. Digər piyada, 1993-cü il təvəllüdlü Bağırov Rüstəm Fazil oğlu isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?