Toydan qayıdan ailə qəzaya düşdü - 1 ÖLÜ, 11 YARALI

  • 22.11.2017
  • 0

Goranboyda bir nəfərin ölümü, 11 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bəşirli kəndi ərazisidə qeydə alınıb. “Lifan” və "Zaporojets" markalı avtomobillərin toqquşması nəticəsində 12 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlarda biri - 2010-cu il təvəllüdlü Əliyev Nicat Ramil oğlu dünyasını dəyişib. Digər 11 nəfərdən 2003-cü il təvəllüdlü Məmmədov Kənan Novruz oğlu Goranboy rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Yaralılardan 2 azyaşlı uşaq 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına, qalanları isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına və özəl klinikaların birinə aparılıb. Məlumata görə, avtomobillərin birində 9 nəfər olub. Onların toy şənliyindən qayıtdıqları deyilir. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Nə düşünürsən?