13 uşagına zülm edən 2 valideyn polis tərəfindən saxlanıldı-VİDEO

  • 17.01.2018
  • 0

N-XEBER.COM xarici xəbər mənbələrinə istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatında 2 valideyn-Devid Allen Turpin və Luiza Anna Turpin öz uşaqlarına sözün əsl mənasında zülm verib. Belə ki, onlar 13 uşağı ac şəkildə çarpayıya bağlayıb və müxtəlif zorakılıq əməlləri tətbiq ediblər. Ailənin 17 yaşlı övladı təsadüfən bu zülmdən qaçıb və 911-ə zəng edərək polisə məlumat verə bilib. Hazırda polis baş verən hadisənin səbəblərini araşdırır. Qeyd edək ki, uşaqların 7-si 18-29 yaş arasındadır. Ən kiçiyinin isə 2 yaşı var.

Nə düşünürsən?