Xırdalandakı tuneldə maşınlara daş atanlar

  • Bu gün 13:05
  • 0

Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan avtobuslara kənardan daş atılıb.

Avtosfer.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Xırdalan tunelində baş verib. Belə ki, polisin keçirdiyi tədbirlərlə avtomobillərə daş atıb şüşələrini sındıran və başqalarının həyatına təhlükə yaradan yetkinlik iki yeniyetmə saxlanılıb.

Şahidlərin bildirdiyinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxslərlə polis əməkdaşları ayrı-ayrılıqda hadisə yerində söhbət aparıb. Yeniyetmələrin avtomobillərə atdıqları daşlar vətəndaşlardan birinə xəsarət yetirib.

Daha sonra onların valideynləri də polis orqanına gətirilərək izahatları alınıb.

Hazırda baş verən hadisə ilə bağlı təhqiqat əməliyyatları davam etdirilir.

Nə düşünürsən?