www.Azərtibb.az saytı sağlamlıq və tibb sahəsi üzrə fəaliyyət göstərir.
Saytın yaradılmasında əsas məqsəd insanlarımız üçün ən vacib məsələ olan sağlamlıqla bağlı problemlərin həllinə çalışmaq, tibb sahəsinin tanınmış və bacarıqlı nümayəndələrini, keyfiyyətli xidmət göstərən səhiyyə müəssisələrini təqdim etmək, tibb personalı ilə vətəndaşlarımız arasında bağlantı qurmaqdır.
www.Azərtibb.az saytı peşəkar və vicdanlı həkimlərimizin tribunası, xəstəliklə mübarizə aparan insanlarımızın nicat yeridir. Biz sizə...
tibb sahəsindəki ən son informasiyaları verir, sizləri məlumatlandırmağa və maarifləndirməyə çalışırıq;
axtardığınız peşəkar həkimin, yüksək səviyyəli tibbi xidmət müəssisəsinin tapılmasına yardımçı oluruq;
dərmanlar, apteklər, tibbə dair hər növ xidmət və məlumatların əldə olunmasını asanlaşdırırıq;
sağlamlığınızı qorumaq üçün ən uyğun olan vasitələrdən və üsullardan istifadə etməyinizə, səhhətinizin keşiyində ayıq-sayıq dayanmağa dəstək veririk;
24 saatlıq peşəkar xidməti təklif etməklə sizin məmnunluğunuzun və xəstəliklərdən uzaq, sağlam həyat yaşamağınızın qeydinə qalırıq.
Layihədən həkimlər və səhiyyə müəssisələri də yararlana bilərlər. Saytımız vasitəsilə onlar öz peşəkar xidmətlərini təqdim edə, insanlarımızın qulluğunda dura bilər. Beləliklə birlikdə xəstəliklərə qarşı mübarizə aparıb nəticə əldə edərik.
Çoxsaylı izləyici auditoriyası olan saytımız eyni zamanda sizlərə sosial şəbəkələr - Facebook, İnstaqram, youtube vasitəsilə də yardımçı ola bilər. Bu imkanlardan yararlanmaqla həkimlər öz tanıtımlarını edə, fikirlərini bölüşə, insanlarla online əlaqə yarada, onlara məsləhətlərini verə, müsahibə, video və fotolarını paylaşa bilərlər.