Yollarda hərəkətin təhlükəsizliyi üçün sürət həddinə riayət etmək əsas şərtlərdən sayılır. Bu qaydanı pozanları isə inzibati cəza gözləyir. Həmin qayda pozuntularını isə yollarda quraşdırılan radar qurğuları müəyyən edir. Bu cəzadan yayınmağa çalışan insanlar texnoloji yeniliklərdən istifadə edərək radarlarla bağlı məlumatları müəyyən etməyə çalışırlar. Bunun üçün onların köməyinə anti-radarlar və ya radar dedektorlar gəlir. Lakin onlardan açıq-aşkar istifadə etmək qadağandır.
































