Şəkidə ölümlə nəticələnən qəza baş verdi

  • 29.10.2023
  • 0

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Olay Qaraməryəm-İsmayıllı-Şəki  avtomobil yolunun Şəki rayonu Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

58 yaşlı Əsgər Əfkər oğlu Vahabovun idarə etdiyi traktorla Sahib Məmməd oğlu Əhmədovun idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Zərbənin təsirindən traktorun təkəri qırılıb və nəqliyyat vasitəsi aşıb. Nəticədə Əsgər Vahabov traktorun altında qalıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?