Yaponiyanın “Nissan Motor Co.” korporasiyası Rusiyaya avtomobil ixracını və Sankt-Peterburqdakı zavodda avtomobil istehsalını dayandırır.
Bu barədə şirkətin saytında yerləşdirilən məlumatda deyilir.
“Rusiyadakı əməliyyatlarımıza gəlincə, “Nissan” Rusiyaya avtomobil ixracını dayandırıb və Sankt-Peterburqdakı zavodumuzda istehsalın tezliklə dayandırılacağı gözlənilir”, - bəyanatda bildirilir.
Bundan əlavə, şirkət Ukraynadakı humanitar böhrandan çıxmaq üçün 2,5 milyon avroluq fond yaradır.
Bu fond vasitəsilə “Nissan” müharibədən zərər çəkmiş ailələrə və uşaqlara humanitar dəstək məqsədilə Qırmızı Xaç və digər qeyri-kommersiya təşkilatlarına 1 milyon avro ianə edəcək.
Bəzi hallarda isə şirkət nəqliyyat vasitələri şəklində dəstək verəcək.