AZ
Video yüklə

Minik maşını ağaca çırpıldı

2 161 baxış Avto-Moto xəbərlər
Ağstafada xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Rəşid Hacızadə idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.