Bu gün
AvtoVAZ şirkəti yenilənmiş Lada 4x4 modelinin şəkillərini dərc edərək, baş
vermiş yeniliklər barədə məlumat verib. Artıq xəbər verdiyimiz kimi, ofrouderdə
baş vermiş əsas dəyişikliklər onun interyerinə aiddir.
İlk növbədə, yenilənmiş salonda gözə çarpan əsas element yeni mərkəzi
konsoldur: burada havalandırma sisteminin idarəedilməsinə cavabdeh olan üç hərlənən
düyməni və yeni deflektorları görmək olar. Bundan başqa, havalandırma
sisteminin çəpərçiklərinin elektrik ötürməsi ilə təchiz edildiyi də bildirilir.
Tamamilə
yenidən işlənilmiş cihazlar paneli siferblatların və bortkompyüterin ağ
işıqlandırmasına sahib olub. Deyilənə görə, bortkomöyüterin funksiyaları da
artırılıbdır. Mərkəzi tonnel də yenidən işlənibdir: burada yeni stəkanaltıları
və xırda əşyalar üçün bölməni görmək olar. Bundan başqa, Lada 4x4 modelini
inkişaf etdirilmiş yan dəstəyi və təkmilləşdirilmiş qatlama mexanizmləri olan
ön oturacaqlar, həmçinin iki dirskəkaltısı olan arxa divanla təchiz ediblər.
Avtomobilin tavanında da yeniliklər vardır. Tavanda işıqlandırma lampalarının
daha effektiv bloku və Era-Qlonass sisteminin düymələri quraşdırılıb. Eyni
zamanda, başqa tavan dəstəkləri və günəşliklər, həmçinin alın şüşəsinin
dayaqlarının yenilənmiş üzlükləri də tətbiq edilibdir. AvtoVAZ vibroakustik komfortun
artırılmasına da xüsusi diqqət yetirib: izolyasiya materiallarının sıxlığının
artırılması ilə yanaşı mühərrikin dayaqları da dəyişdirilibdir.