Sosial şəbəkələrdə 1-ci Qarabağ döyüşlərinin iştirakçısı Arif Səlimovun törətdiyi qayda pozuntularına görə ona tərtib edilən cərimələrdən və bu səbəbdən də maşınının duracağa yerləşdirilməsindən şikayət edib.
Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı məlumat verib. O qeyd edib ki, Ağdam sakini olan Arif Səlimov uzun müddət əvvəl pozduğu qaydalara görə ona tərtib edilən cərimələrin ümumi məbləği 5114 manat təşkil edib. Arif SƏlimov bu məbləğin 3674 manatını isə artıq 2 aydan çox müddətdir ki, ödəmir.
“Arif Səlimov “Meydan TV”yə şikayət edərək bu cəriməni ödəməkdən yayınmaq istəyir. O düşünür ki, qazi olduğu üçün qayda pozuntularına davam edə, ona tərtib edilən protokollardakı cərimələri ödəməyə bilər və heç kim də ona qanunun tələblərini izah etməməlidir. Arif Səlimov avqutsun 29-u “Xəzər” markalı, 02-BU-475 nömrə nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun 18-ci kilometrliyində DYP-nin 716 saylı postunda daha əvvəldən barəsində tərtib edilən cərimələri 2 ay müddətində ödəmədiyinə görə saxlanılıb. Məlum olub ki, Arif Səlimovun sürücülük hüququ yoxdur.




























