Zəngilana dəymiş zərər hesablanır

  • 08.04.2021
  • 0

Bu dəfə İDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu/Azerbaijan Youth Foundation tərəfindən həyata keçirilən bu layihə nəticəsində, gənclərin iştirakı ilə işğaldan azad olunmuş ərazilərin ekoloji durumunun qiymətləndirilməsi azad edilmiş zəngin Zəngilan rayonunda baş tutub. Hər dəfə olduğu kimi bu dəfə də ANAMA əməkdaşlarınının təlimatları ilə əraziyə daxil oluruq.

Səfərin davamlı olacağını bildirən ETSN nazirinin müavini Firdovsi Əliyev aparılan monitorinqlər zamanı hansı əraziyə nə qədər ziyan dəyib çox gözəl bilir. Bunları bizə göstərmək, hər kəsə bəyan etmək üçün səbirsizlənir.

Və budur,bir zamanlar nadir Şərq Çinarlarının bol olduğu bu əraziyə gəlib çatdıq. Nümunə üçün bir dənə belə çinar qalmayıb. Hər biri kəsilib, yandırılıb. Bərpa prosesində İDEA və ETSN -in təşəbbüsü ilə bu ərazinin torpaq-iqlim şəraitinə uyğun 500 ədəd müxtəlif cinsli ağac əkilir.

 

Ermənilər bu illər ərzində 100 min hektar ərazidə yanğınlar törədib, flora və faunamıza böyük ziyan vurublar. Təbii ki, bunlarla bağlı araşdırma aparılır.

 

Müharibənin qızğın vaxtında belə tamahları ucbatından bu əraziləri tərk etməyən ermənilər, ən sonda elə nəfslərinin qurbanı oldular. Müzəffər ordumuz onların başının üstünü necə kəsdiribsə, texnikaları belə ərazidə qoyub qaçmağa məcbur olublar.

1974-cü ildə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə yaradılmış Bəsitçay Dövlət Təbiət Qoruğu da ermənilərin ekoloji terroruna məruz qalıb. Qoruq ərazisindəki nadir ağaclar məhv edilib.

Xatırladaq ki, azad edilmiş ərazilərə dəymiş ekoloji ziyanla bağlı araşdırmalar aparılır. Digər ərazilərə də dəymiş ziyanın nümayiş etdirilməsi üçün səfərlər təşkil olunacaq.

REAL

Nə düşünürsən?