Yeni pandemiya xəbərdarlığı edildi

  • 17.04.2021
  • 0

Yeni pandemiya XƏBƏRDARLIĞIQida bazarlarında vəhşi heyvan ticarəti, koronavirus kimi yeni xəstəliklərin yayılmasına səbəb ola bilər.

Sonxeber.az Lent.az-a istinadla bildirir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib.

"Heyvanlar, xüsusən vəhşi heyvanlar, insanların yeni yoluxucu xəstəliklərə yoluxmasının 70 faizdən çox mənbəyidir", - xəbərdarlıqda vurğulanır.

Təşkilat ayrıca vəhşi məməlilərin yeni xəstəliklərin ortaya çıxması səbəbindən təhlükə yaratdığını da əlavə edib.

Nə düşünürsən?