YAP və AKP-nin birgə videokonfransı keçirilib

  • 05.05.2021
  • 0

Ümummili lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Azərbaycan- Türkiyə, bir millət, iki dövlət:Qarabağ zəfəri sonrası reallıqlar və uydurma erməni soyqırımı açıqlamasnın regionda sülhə və stabilliyə təsirləri” mövzusunda YAP və Türkiyənin Ədalət və İnkişaf partiyasının birgə təşkil etdiyi videokonfrans keçirilib.

Konfransda Azərbaycanın 44 günlük haqq savaşında tarixi ədaləti, ərazi bütövlüyünü bərpa etdiyi,Türkiyənin daim Azərbaycanın yanında olduğu bildirilib. YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan və Türkiyə xalqlarının bütün məsələlərdə vahid mövqedə olduğunu deyərək diqqəti aprelin 24-də ABŞ prezidenti Co Baydenin heç bir hüquqa, fakta, tarixə əsaslanmadan işlətdiyi erməni soyqırımı ifadəsinin regional münasibətlərə təsirinə diqqət çəkib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin 1-ci müavini Numan Kurtulmuş Qarabağ zəfərinin qlobal siyasətə təsirindən və yaranan yeni reallıqlardan danışıb. Eyni zamanda, dünyadakı erməni lobbisinin fəaliyyətlərinin sülhə, sabitliyə təhdid olduğunu qeyd etdi. ABŞ Prezidentinin məlum bəyanatına da münasibət bildirən Numan Kurtulmuş faktlara əsaslanaraq ABŞ-ı özünün törətdiyi soqırımlara, keçmişinə, tarixinə baxmağa çağırdı.

Konfransın yekununda YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yaxın müddətdə partiyalar arasında yeni anlaşma memorandumunun imzalanacağı xəbərini verdi.

REAL

Nə düşünürsən?