Xarici diplomatlar Qənimətlər Parkına baş çəkdi

  • 13.04.2021
  • 0

ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçıları Hərbi Qənimətlər Parkına baş çəkiblər.

Qonaqlar 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən əldə olunmuş hərbi qənimətlərlə tanış olublar.

Həmçinin onlara Ermənistan tərəfindən Gəncə, Bərdə və Tərtər rayonlarına edilən raket hücumları və mülki əhalinin hədəfə alınması barədə məlumatlar verilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonaqlara Şuşaya atılan “İsgəndər-M” raketi barədə də məlumat verib.

Nə düşünürsən?