Virusdan sağalanlar üçün mühüm tövsiyə

  • 11.05.2021
  • 0

Koronavirusu keçirən insanlarda bəzi əlamətlər qala bilər. Buna post-COVID sindromu deyilir. Yəni qalan əlamətlər koronavirusdan sonrakı dövrün əlamətləridir. Ancaq bu dövrdə heç bir müalicəyə ehtiyac yoxdur.

Bu sözləri Publika.az-a danışan tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

Həkim bildirib ki, virusu keçirəndən sonra yuxusuzluq, əsəb, bəzi xəstələrdə boğaz ağrıları, nəfəs darlığı, ürək döyüntülərinin artması, saçların tökülməsi, bağırsaq pozğunluğu kimi əlamətlər qala bilər: “Ancaq koronavirusdan vaxtında, düzgün müalicə olunub sağalandan sonra qeyd etdiyim xüsusiyyətlər qalsa da, o əlamətlərin heç bir müalicəyə ehtiyacı yoxdur. Bəzi xəstələr virusu keçirdikləri müddətdə həddindən çox həyəcanlandıqları və gərginləşdiklərinə görə, onlarda psixoloji olaraq nəfəs darlığı əlaməti qalır. Bunlar da zamanla tədricən keçib gedir. Yəni post-COVID sindromunun müalicəyə ehtiyacı yoxdur”.

Nə düşünürsən?