Vətənə layiqli zabitlər yetişdirən məktəb

  • 23.02.2021
  • 39 baxış
  • 0

Media nümayəndələri C.Naxçıvanski adına hərbi liseydə
Hərbi liseyə 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan qəbul ilində ümumi təhsil pilləsində 9-cu sinifi bitirən kişi cinsli vətəndaşlar qəbul edilir.

Liseyin 2 tədris binası var. Burada müxtəlif fənlərə uyğun olaraq bütün növ tədris avadanlıqları ilə təmin olunmuş tədris sinifləri ilə yanaşı, fizika, kimya laboratoriyaları, internet şəbəkə sistemi ilə təchiz olunmuş informatika sinifləri və ingilis dili fənni üzrə linqafon sinifləri də var. Hərbi liseydə 100-dən artıq müəllim-laborant heyəti çalışır.

2-ci kursu bitirən kursantlar digər orta məktəblərin məzun şagirdləri ilə yanaşı Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanında iştirak edirlər və qəbul imtahanı vermədən Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunurlar.

Eyni zamanda liseydə kursantların fiziki dözümlülüyünü artırmaq məqsədilə trenajor zalı, gimnastika zalı, futbol meydançası, güləş zalı, hovuz, irteraktiv atış trenajoru fəaliyyət göstərir.

Cəmşid Naxçıvanski Adına Hərbi Liseyin Rəisi, General Mayor Bəkir Orucov qeyd edib ki, liseyin bir hədəfi var:

General Mayorun sözlərinə görə, bu vaxta qədər liseydən 12 mindən çox kursant məzun olub. Onlardan 20-dən çoxu general hərbi rütbəsinə yüksəlib:

Ümumiyyətlə,müasir Azərbaycan Ordusunun zabit kadrlarının yetişməsində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rolu əvəzsizdir. Müstəqil Azərbaycanın döyüş qabiliyyəti, çevik, konkret strateji və taktiki məsələləri həll etməyə qadir olan ordusu var.

Nə düşünürsən?