Ümumdünya Kitab və Müəllif Hüququ günüdür

  • 23.04.2021
  • 0

Bu gün Azərbaycan Milli Kitabxanasında 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ gününə həsr olunmuş konfrans keçirildi.

"Cəmiyyətin intellektinin formalaşmasında kitab və mütaliənin rolu” mövzusunda olan konfrans Mədəniyyət Nazirliyi, Milli Kitabxana, Xarici İşlər Nazirliyi və UNESCO üzrə Milli Komitənin birgə təşkilatçılığı ilə baş tutdu.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov bildirdi ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ gününün qeyd olunması qərarı 1995-ci ildə UNESCO tərəfindən verilib, 1996-ci ildən də bütün dünyada keçirilir.

Kərim Tahirov Qarabağ üçün də kitab toplanması prosesinn davam etdiyini bildirdi və hər kəsi bu aksiyaya qoşulmağa dəvət etdi.

Xatırladaq ki, Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ günü Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən qeyd edilir.

REAL

Nə düşünürsən?