Türkiyə və Rusiya arasında razılaşma imzalandı - Qarabağla bağlı

  • 01.12.2020
  • 0

"Azərbaycan ilə Ermənistan arasındakı atəşkəsin tətbiq olunmasını müşahidə və təftiş etmək məqsədilə noyabrın 11-də milli müdafiə nazirimiz Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında videokonfrans vasitəsilə ilkin anlaşma imzalanıb". Bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün lazımi işlər gedir/Report.

Nə düşünürsən?