Toylarla bağlı şad xəbər: 75-100 nəfər...

  • 02.06.2021
  • 0

Açıq havada 75-100 nəfərlə toylara icazə verilə bilər - Həkim 

Kütləvi tədbirlərin, xüsusən də toy və yas məclislərinin açıq havada hansısa formada karantin qaydalarını gözləməklə keçirilməsinə icazə vermək olar.

Oxu24.com  xəbər  verir  ki, Bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında həkim Adil Qeybulla deyib. O bildirib ki, bütün yumşaldılmalara baxmayaraq qapalı mühitdə karantin qaydalarının gözlənilməsi şərt olaraq qalır:
"75-100 nəfər civarında şəxslə karantin davranış qaydalarının gözlənilməsi ilə toylara icazə verilməsi yaxşı olardı. Çünki bu, bizim üçün genefondla bağlı ciddi məsələdir.

Bunun gələcəkdə fəsadlarını yaşamamaq üçün situasiyadan istifadə etməliyik. Lakin hər an sürpriz olma ehtimalını yaddan çıxarmamalıyıq. Çünki artıq Hindistandan ciddi xəbərlər gəlir, pandemiya sona çatmayıb və ÜST bununla bağlı rəsmi elan verməyib.Buna görə də, hər zaman sürprizlərə hazır olmalıyıq".

Nə düşünürsən?