TƏCİLİ: Azərbaycanda tanınmış rejissor vəfat etdi

  • 08.04.2021
  • 0

Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə vəfat edib.

Oxu24.com -un  məlumatına görə, tanınmış rejissor bu gün 76 yaşında dünyasını dəyişib.

Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda doğulub.

Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.

M. Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb.

Allah rəhmət eləsin!

Apa

Nə düşünürsən?