Şuşa şəhəri və ətrafında 2000-dən artıq erməni əsgərin meyiti tapılıb. Redaktor.az xəbər verir ki, bu barədə erməni saytı Politik.am hökumət dairələrindəki mənbələrinə istinadən məlumat yayıb. “Cəsədlər 7 gün ərzində tapılıb. Meyitlərin əksəriyyəti erməni tərəfinə Rusiya sülhməramlıları tərəfindən verilib”, – deyə məlumatda qeyd olunur.