Sülhməramlılar Kəlbəcərə növbəti humanitar yardımı çatdırdı

  • 15.03.2021
  • 0

Rusiya sülhməramlı kontingentinin 7-ci kolonu Kəlbəcər rayonuna 130 ton humanitar yardım yükünü çatdırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Sosial obyektlər və yaşayış binaları üçün enerji və su təchizatı sistemlərinin bərpası məqsədilə 20 “KamAZ” hərbi maşını və bunları müşayiət edən nəqliyyat vasitələrindən ibarət Rusiyanın Humanitar Reaksiya Mərkəzinin yeddinci kolonu Kəlbəcər bölgəsinə elektrik avadanlığı, dəmir-beton konstruksiyaları və tikinti materiallarından ibarət yardım yükü çatdırıb.

Ümumilikdə bu günə qədər Rusiya sülhməramlılarının yardımı ilə bölgəyə yeddi avtomobil karvanı ilə təxminən 1300 ton yük daşınıb.

Qeyd olunub ki, yardım ötən il 9 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sazişin şərtləri əsasında göstərilmişdir.

Nə düşünürsən?