Sərt karantinlə bağlı daha bir açıqlama

  • 09.03.2021
  • 0

Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Ötən həftənin əvvəlində yoluxma sayı 200-ə yaxın idisə həftə sonu rəqəmlər biraz da yüksələrək 400-ü keçdi.

Axar.az xəbər verir ki, həkim infeksionist Vüqar Cavadzadə Xəzər TV-yə açıqlamasında karantin qaydalarının yumşaldılması və sərtləşdirilməsi zamanı bunun fərqinin açıq-aydın hiss olunduğunu deyib. O qeyd edib ki, əgər artım belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz olacaq.

Vüqar Cavadzadə ölkəmizdə aparılan vaksinasiya prosesindən də danışıb. Risk qrupuna daxil olan şəxslərin vaksinasiya etdirməsinin vacibliyini qeyd edib.

İnfeksionist bildirib ki, dövlətimiz tərəfindən ölkəmizə kifayət qədər vaksin gətirilib. Vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etməlidirlər.

Nə düşünürsən?