Şəhid Nicat Orucovun döyüş yolu

  • 17.02.2021
  • 0

21 yaşında Şuşanın azadlığı uğrunda şəhid olan Nicat Orucov...
Söhbət “Şuşanın azad olunmasına görə” və "Vətən uğrunda" medalı ilə təltif olunan Xüsusi Təyinatlı 21 yaşlı şəhid əsgər Nicat Orucovdan gedir. O, iştirak etdiyi döyüşlərdə göstərdiyi şücaəti ilə yoldaşlarının və komandirlərinin həsəd apardığı şəxs olub. Çünki güləşçi olan Nicat düşməni daha çox əlbəyaxa döyüş növlərilə məhv edib.

O ki qaldı İkinci Vətən Müharibəsinin iştirakçısına çevrilməsinə, bundan heç ailəsinin belə xəbəri olmayıb. Səbəb isə şəhid hərbçinin hərbi sirrə sadiq qalmasıdır.

Ulu babası 1918-ci il hadisələrində ermənilər tərəfindən qətlə yetirilən, babası isə Böyük Vətən Müharibəsinin qəhrəmanı olan Nicat döyüşdə olduğu müddət ərzində evdəkilərlə əlaqə saxlayıb və narahatlığa heç bir əsasın olmadığını deyib.

Nicat Orucov oktyabrın 26-da Şuşada şəhid olaraq haqqın dərgahına qovuşub.

Beləliklə Nicat Orucov şəhadətə yüksəlməklə həm ailəsinin, həm də bütöv Azərbaycanın qürur və fəxarətinə çevrildi. İndi isə şəhid ailəsinin tək istəyi var - Nicatın doğulub, boya-başa çatdığı küçəyə adının verilməsi.

Nə düşünürsən?