Sakinlər bələdiyyəyə əmlak vergisi ödəməlidirlər?

  • 26.04.2021
  • 0

Özəl mülkiyyətə sahib olan vətəndaşlara əmlak vergisi ödəmələri barədə bələdiyyələr tərəfindən bildiriş göndərilir. Bu bildirişlər isə hər ay mənzil tikinti kooperativlərinə (MTK) ödəniş edən vətəndaşların narazılığına səbəb olub.

Məsələ ilə bağlı “ARB Xəbər”ə açıqlama verən ekspert Vüqar Tofiqli MTK-lara ödənilən ödənişlərin qanunsuz, əmlak vergisinin isə qanunla qəbul edilmiş norma olduğunu deyib:

“Özəl mülkiyyətə sahib olan vətəndaşlar qanunvericiliyə əsasən bələdiyyələrə olan əmlak vergisini ödəməlidirlər. MTK o səlahiyyəti müəyyən mənada qanunsuz olaraq mənimsəyib və həyata keçirib.

Əslində sözügedən binalarda yaşayan sakinlər özləri “mənzil müştərək cəmiyyəti” yaratmalı və binanın idarəedilməsi həmin cəmiyyət tərəfindən həyata keçirilməlidir”.

Nə düşünürsən?