Rusiyanın Cənubi Qafqaza açılan baxış bucağı

  • 09.06.2021
  • 0

Moskvada “Rusiya-Azərbaycan: Cənubi Qafqazın yeni reallıqları şəraitində strateji tərəfdaşlığa nəzər” mövzusunda ekspert dialoqu keçirildi.

Azərbaycanın “Strategic Consultancy Group”’və Rusiyanın “Şimal-cənub” Politologiya mərkəzinin təşkilatçılığı ilə keşirilən görüş Rusiyanın ekspert birliyinin aparıcı üzvləri ilə Azərbaycan Respublikasının rəsmi nümayəndələri arasında görüş formatında baş tutdu.

Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edərək gündəmin aktual məsələlərinə, xüsusən postmünaqişə nizamlanmasının siyasi, strateji və humanitar aspektlərinə, həmçinin Rusiya və Azərbaycanın regionun yeni geosiyasi reallıqları şəraitində əməkdaşlığına rəsmi Bakının baxışını təqdim etdilər.

İnteraktiv dialoq formasında keçirilən tədbirin gedişatında fikirlər və qiymətləndirmələr dinlənildi. Bir sıra rusiyalı ekspertlərin görüş mövzusunda, həmçinin strateji və geosiyasi xarakterli aktual çağırışlar və imkanlarla bağlı sualları səsləndirildi.

"Fikrimcə müxtəlif səviyyələrdə mövcud olan münasibətlərimiz stabildir. Əlbətdə siyasi dialoq vacibdi və ən əsası, bizim ölkələrin liderləri arasında inanma, qarşılıqlı anlaşma var. Həmçinin iqtisadi dialoq, biznes münasibətlərimiz və Əlbətdə ki, cəmiyyətlərimizin münasibətləri yaxşıdır

"Zənnimcə çox faydalı görüşdü. Çünki çox səmimi bir formatda keçirildi. müxtəlif mövqelər ortaya qoyulur. Hətta bir birini təkzib edən mövqelər soylənilir. Amma məqsəd birdir, gələcəyi müəyyənləşdirmək. Əvvəldə yeni reallıq haqqında məlumat verildi. İndi qarşıda bu yeni reallığı necə davam etdirmək və bu reallığa Azərbaycanın Ermənistanın və Rusiyanın uyğunlaşması məsələsi dayanır. Çünki bu, artıq yeni siyasi üçbucaqdır"

Tədbir çərcivəsində Rusiya-Azərbaycan əməkdaşlığının yeni regional və qlobal xarakterli çağırışlar və imkanlar şəraitində möhkəmlənməsinə dair ümumi mövqe qeyd edildi.
Həmçinin nəzərə çatdırıldı ki, 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında yüksək səviyyədə üçtərəfli Bəyanatların imzalanması nəinki Dağlıq Qarabağda yekun postmünaqişə nizamlanması, həmçinin Cənub Qafqaz regionunda uzunmüddətli sülh perspektivləri və yeni inteqrasiya dinamikası üçün imkanlar açıb.

Nə düşünürsən?