Qarabağ tranzit mərkəzinə çevrilir

  • 01.02.2021
  • 0

Ekspertlər üçtərəfli işçi qrupun görüşünü region üçün zəruri sayır “Blokadanın qaldırılması və tranzit yolların yaradılması reqion dövlətləri cox əhəmiyyətlidir, bundan sonra ermənistan anlayacaq ki, ticarət başqa dövlətin torpağına göz dikməkdən daha sərfəlidir.” Bu fikirləri Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupun iclasını şərh edən politoloq, Rusiya Xalqlar Dostluğu Universitetində baş müəllim Kamran Həsənov bildirdi. Politoloq Dağlıq Qarabağın coğrafi əhəmiyyətinə də toxunaraq nəzərə çatdırdı ki, bu bölgə Ruisya, Türkiyə, İran və Çin arasında yeni nöqtəyə çevrilə bilər. Qeyd edək ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupun iclasında Tərəflər ekspert alt qruplarının formalaşdırılmasını 2 Fevral 2021-ci ilə qədər tamamlamağa və ilk görüşlərini 5 Fevral 2021-ci il tarixinədək keçirməyə razılaşıblar. Üçtərəfli İşçi Qrupunun növbəti iclasının Moskvada keçirilməsinə qərar verilib.

Nə düşünürsən?