Putinin düşməni Moskvaya qayıdır

  • 13.01.2021
  • 0

Rusiya müxalifətinin əsas siması Aleksey Navalnı Rusiyaya qayıdır. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o yanvarın 17-də Moskvada olacağını bildirib. Aleksey Navalnı prezident Vladimir Putinin ən kəskin tənqidçisi və şəxsi düşməni sayılır. Aleskey Navalnı Tomsk-Moskva təyyarə reysində zəhərləndikdən sonra müalicə üçün Almaniyaya aparılmışdı. Onun kimyəvi maddə ilə zəhərlənməsi təsdiqlənib.

Nə düşünürsən?