Polis və AQTA əməkdaşları birgə monitorinq keçirdi

  • 10.05.2021
  • 0

Sanitar vəziyyətin qiymətləndirilməsi, ətraf mühitin çirkləndirilməsinin
qarşısının alınması, mövcud norma və qaydalara əməl olunmasına nəzarət
məqsədilə Göyçay Rayon Polis Şöbəsi və Qida Təhlükəsizliyi Agentliyi
əməkdaşlarının birgə iştirakı ilə heyvan kəsimi məntəqələrində monitorinq
keçirilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, keçirilən tədbir zamanı icarədar, Göyçay şəhər sakini Elnur Yahyayevin işlətdiyi heyvan kəsimi məntəqəsində
sanitar-gigiyenik normaların pozulması, ətlərin natəmiz sularla yuyulması aşkar edilib. Həmin şəxslə profilaktik söhbət aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci (Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə) maddəsi ilə protokol tərtib olunub.

Həmçinin, şəhər ərazisində baytar-sanitar ekspertizadan keçmədən ət satışı, eləcə də qayda və normalara cavab verməyən mağazalarda heyvan kəsimi ilə məşğul olan fərdi sahibkarlar, qəssablar aşkarlanıb. Onların da barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Nə düşünürsən?