Paşinyandan açıqlama: "Anbar dolu olub, onlara silah verməyiblər"

  • 28.12.2020
  • 0

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan ilə müharibədə (İkinci Qarabağ müharibəsi – Red) erməni tərəfinin məğlubiyyətinin səbəblərini başa düşmək lazımdır. "Report”un məlumatına görə, bu barədə Nikol Paşinyan Ermənistanın "İctimai” televiziyasında müsahibəsində bildirib. "Bu məğlubiyyətin səbəblərini başa düşmək çox vacibdir. Müharibə ilə bağlı bütün həqiqəti ortaya qoymağı özümə borc bilirəm”- Paşinyan bildirib. "İki gün əvvəl könüllülərlə danışdım. Bir dəstə necə silah almağa çalışdıqlarını izah ediblər. Onlara silah verməkdən imtina edən konkret şəxsin adını çəkiblər. Silahlanmaq üçün anbar qapılarını sındırmağa məcbur olublar, anbarın silah və sursatla dolu olduğunu görüblər. Bu təsdiqlənərsə, bu məğlubiyyətin səbəblərindən biri ola bilər” deyə, o əlavə edib.

Nə düşünürsən?