Ordumuz Xocalı ilə bağlı tədbirlər keçirdi

  • 26.02.2021
  • 110 baxış
  • 0

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində hərbi qulluqçular Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edib, kitab, foto və rəsm sərgiləri ilə tanış olub, şəxsi heyətə faciəyə həsr olunan ədəbi-bədii kompozisiyalar, bədii və sənədli filmlər nümayiş etdirilib, eləcə də səyyar təşviqat qruplarının azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşləri təşkil edilib.

Nə düşünürsən?