Operativ Qərərgah təcili açıqlama yaydı

  • 04.04.2021
  • 0

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına  2021 yeni yoluxma faktı qeydə alınıb,  776 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu24.com-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 270 735 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 241 646 nəfər müalicə olunaraq sağalıb, 3 677 nəfər vəfat edib, aktiv xəstə sayı  25 412 nəfərdir.

Ölkədə son sutka ərzində 12 210 , hazırkı dövrədək isə 2 928 955  test aparılıb.

Nə düşünürsən?