Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışıldı

  • 27.02.2021
  • 4 baxış
  • 0

Beynəlxalq Azərbaycanlı Xanmlar Klubunun təşkilatçılığı ilə Niderlandda fəaliyyət göstərən Life24 kanalının "Hollanda gündəmi" proqramında "Xocalı Qətliamı" mövzusundan danışılıb.

Unikal.org xəbər verir ki, Yavuz Nufelin aparıcısı olduğu proqramda Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov, Milli Məclisin deputatı Ramin Məmmədov, Dövlət İdarəçilik Akademiyasının baş müəllimi Zaur Məmmədov, Fransada fəaliyyət göstərən "Alim" Elmi Assosiasiyasının rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Günel Səfərova və Xocalı sıyqırımının şahidi Əfsanə Ələkbərova iştirak ediblər.

Qonaqlar 29 il öncə Xocalıda baş verənlər barədə ətraflı məlumat veriblər, bu soyqırıma aparan ictimai-siyasi proseslər, Xöcalı soyqırımının beynəlxalq səviyyədə tanınması, erməni faşizminin ifşa olunması üçün Azərbaycan dövlətinin və diaspor təşkilatlarının gördükləri fəaliyyət barədə danışılıb. 

Aparıcının suallarını cavablandırarkən Günel Səfərova pandemiya məhdudiyytləri ilə əlaqədar Fransada tədbirləri internet üzərindən həyata keçirdiklərini fevralın 23-də fransız dilində  "Xocalı soyqırımının müxtəlif aspektlərdən təhlili" mövzusunda vebinar keçirdiklərinə diqqəti cəlb edib.
 
Fransada Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsində qarşılaşdığı çətinliklərdən danışarkən G.Səfərova xatırladıb ki, Lion şəhərində yaşayır və uzun illər burada şəhər merinin birinci müavini erməni əsilli fransız olub. "İndiyədək Lion şəhərində Xocalı ilə bağlı tədbir keçirə bilməmişəm, çünki icazə yoxdur. Bunu birbaşa "icazə vermirik" şəklində etmirlər. Bürokratik əngəllərlə vaxtı uzadırlar". 

Qeyd edib ki, erməni lobbisinin qatı milliyyətçi qanadının nümayəndələri Xocalı soyqırımı ilə bağlı Parisdə təşkil edilən anım mərasimlərinə dəfələrlə basqın edir və ağlasızmaz azğınlıqlar törədirlər. 

Proqramı aşağıdakı linkdən izləmək mümkündür:

Nə düşünürsən?