Narkozda olan əsgərimizin bu hərəkəti kövrəltdi

  • 18.11.2020
  • 0

"Mənimçün yadda qalan əsgərimizin anesteziya altında hərbi marşı oxuması idi. Özündən xəbərsiz idi amma o marşı ürəkdən oxuyurdu" BiG.AZ xəbər verir ki, bunu Sonxeber.az-a Türkiyədə yaşayan, Vətən müharibəsində iştirak edən könüllü azərbaycanlı həkim Xətai Qurbanlı deyib. Həkim əsgərlərin şücaətli hərəkətlərindən söz açıb: "Bütün əsgərlərimiz elə mərdliklər edirdi ki, biz bəzən gözümüz dolub ağlayırdıq. Yaralı əsgərlər "gedirəm savaşa dostlarım oradadı, mən subayam dostumunsa uşaqları var, mənə sonra baxarsan əsas dostumu xilas edin" kimi xahişlər edirdilər".

Nə düşünürsən?